Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar” təsdiq olunacaq.
"Report"un məlumatına görə, bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin islasında qəbul olunub.
Bundan başqa, toplantıda İntizam Komitəsinə yeni təyinat gerçəkləşib. Qurumun müfəttişi vəzifəsi Namiq Əliyevə həvalə olunub.