AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi İK "Qəbələ" klubuna da 800 manat cərimə tətbiq edib
Futbol
13 Aprel , 2021 14:12
AFFA 4 klubu cərimələdi

AFFA İntizam Komitəsi (İK) "Səbail" klubunun futbolçusu Məqsəd İsayevi 1 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, buna 25 yaşlı müdafiəçinin "Sabah"la qolsuz başa çatan Azərbaycan Premyer Liqasının XXII tur oyununda ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub. Klub İsayevə görə 200 manat məbləğində cərimələnib. "Sabah" isə 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ziyana düşüb.

İK "Qəbələ"yə də 800 manat cərimə tətbiq edib. Əyalət təmsilçisinin 5 üzvü "Neftçi" ilə 2:2 hesablı heç-heçə ilə bitən görüşdə sarı vərəqə alıb.

Komitə "Zirə" klubunu da cərimələyib. Qəsəbə təmsilçisinin 4 oyunçusu "Keşlə" ilə qolsuz bərabərə qaldıqları ev oyununda sarı vərəqə ilə cəzalandırılıb. Həmçinin meydan sahibləri stadiona gələrkən gecikdiyi üçün əlavə 800 manat da ödəməli olacaq.

Son xəbərlər

Orphus sistemi