"Keşlə" klubunun adı dəyişdirilərək, "Şamaxı" adlandırılıb".
"Report" xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun Hesabat Konfransında deyib.
Məmmədovun sözlərinə görə, artıq müvafiq müraciətlər UEFA və FIFA-ya göndərilib: "Ümidvaram ki, bu mövsümün sonunadək "Keşlə" ev oyunlarını orada keçirə biləcək".