AFFA-nın növbəti Hesabat Konfransının vaxtı bəlli olub.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı fevralın 2-də “Baku Marriott Hotel Boulevard” hotelində gerçəkləşəcək.
Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası olacaq.
Saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən iclasın açıq elan edilməsi;
- Konfransın tərkibinin yoxlanılması;
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;
- Maliyyə hesabatlarının təsdiq olunması;
- Müstəqil auditorun hesabatını nəzərə almaq;
- Hər hansı vakant vəzifəyə seçkilər;
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
- Digər məsələlər.
Konfransa giriş dəvətnamə ilə olacaq.
Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.