İsveçrənin Montrö şəhərində UEFA-nın 45-ci Konqresi işə başlayıb.
"Report"un məlumatına görə, toplantıda AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov iştirak edir.
Konqres ciddi tibbi qaydalara uyğun təşkil olunub. Bütün iştirakçılar iclasdan əvvəl COVID-19 testindən keçiriliblər.