AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
"Report"un məlumatına görə, Mehtiyeva Qazaxıstanın "Tobol" və Slovakiyanın "Jilina" komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma avqustun 5-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək.