AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb

AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq
Futbol
27 İyul , 2024 09:49
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Trabzonspor" və Slovakiyanın “Rujomberok” komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Səfərdəki ilk görüşdə Türkiyə komandası iki cavabsız qolla qalib gəlib.

Son xəbərlər

Orphus sistemi