AFFA rəsmisi Türkiyə millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Türkiyə millisinin oyununa təyinat alıb AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Futbol
16 Fevral , 2022 15:29
AFFA rəsmisi Türkiyə millisinin oyununa təyinat alıb
Zaur Hacı-Məhərrəmov

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət Türkiyə və Serbiya yığmaları arasında keçiriləcək dünya çempionatının seçmə oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma fevralın 23-də İzmirdəki “Gürsel Aksel” stadionunda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi