AFFA ilə Türkiyənin məşhur kişi geyim brendi "Kiğılı" arasında sponsorluq müqaviləsi imzalanıb.
"Report"un məlumatına görə, milli assosiasiyanın inzibati binasında təşkil olunmuş imzalanma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, "Kiğılı" şirkətinin baş icraçı direktoru Hilal Suerdem, Azərbaycan milli komandasının üzvləri Araz Abdullayev və Sərtan Taşkın iştirak ediblər.
Mərasimə videozənglə qoşulan "Kiğılı" şirkətinin təsisçisi və sahibi Abdullah Kiğılı iştirakçıları salamlayıb, qeyd edilən müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib və Azərbaycan millisinə uğurlar arzulayıb.
2022-ci ilin sonunadək imzalanmış müqaviləyə əsasən, Azərbaycan yığmasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaq.