AFFA və Azərbaycan Reqbi Federasiyası əməkdaşlığı müzakirə ediblər

AFFA və Azərbaycan Reqbi Federasiyası əməkdaşlığı müzakirə ediblər AFFA ilə Azərbaycan Reqbi Federasiyasının (ARF) nümayəndələri arasında görüş keçirilib.
Futbol
28 Fevral , 2022 17:37
AFFA və Azərbaycan Reqbi Federasiyası əməkdaşlığı müzakirə ediblər

AFFA ilə Azərbaycan Reqbi Federasiyasının (ARF) nümayəndələri arasında görüş keçirilib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın inzibati binasındakı görüşdə qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva, ARF-in prezidenti Elşən Abbasov, vitse-prezidentlər Elvar Osmanovla Müşfiq Cəfərov və baş katib Samirə Allahverdiyeva iştirak ediblər.

Toplantıda qarşılıqlı əməkdaşlıq müzakirə olunub və ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi