AFFA və “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsinin imzalanmasına dair razılığa gəlinib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 2022-ci ilin sonunadək bağlanacaq müqavilə əsasında Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar. Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi səbəbindən imzalanma mərasiminin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Kiğılı” şirkəti 1938-ci ildə parça satışı məqsədilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb.