Afrika Futbol Konfederasiyasıda (CAF) prezident seçkiləri keçirilib.
"Report" "France Presse" nəşrinə istinadən xəbər verir ki, Patris Motsepe qurumun yeni prezidenti olub.
O, bu vəzifədə 2020-ci ilin sonunda korrupsiya ittihamı ilə futboldan kənarlaşdırılan Madaqaskar əsilli Əhməd Əhmədi əvəzləyib.
Cənubi Afrika Respublikasından (CAR) olan 59 yaşlı funksioner qarşıdakı 5 il müddətində CAF-a rəhbərlik edəcək.
Qeyd edək ki, Motsepe ölkəsinin tarixindəki ən varlı iş adamlarından biridir. O, CAR prezidenti Siril Ramaposun kürəkənidir. Motsepe həmçinin yerli "Mamelodi" klubunun sahibidir.