Futbol üzrə Afrika Millətlər Kuboku keçirilmə vaxtı dəyişdirilə bilər.
"Report"un məlumatına görə, bu barədə FIFA prezidenti Canni İnfantino jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, hər ilin yanvar - fevral aylarında gerçəkləşən turnirin payızda təşkil olunması planlaşdırılır.
Funksioner bildirib ki, bu turnir beynəlxalq pəncərənin bir hissəsi ola bilər. O, məsələ ilə bağlı ən düzgün həll yolunun tapılmasının önəmini vurğulayıb.
Qeyd edək ki, Afrika Millətlər Kuboku 2022-ci il 9 yanvar - 6 fevralda keçirilməlidir.