Afrikalı futbolçu növbəti dəfə "Qalatasaray"a qayıdır

Afrikalı futbolçu növbəti dəfə "Qalatasaray"a qayıdır Yunanıstan "Olimpiakos"unda çıxış edən Henri Onyekuru növbəti dəfə Türkiyənin "Qalatasaray" klubuna qayıdır.
Futbol
7 Dekabr , 2021 10:28
Afrikalı futbolçu növbəti dəfə Qalatasaraya qayıdır
Henri Onyekuru

Yunanıstan "Olimpiakos"unda çıxış edən Henri Onyekuru növbəti dəfə Türkiyənin "Qalatasaray" klubuna qayıdır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı nigeriyalı vingeri qış transfer dönəmində heyətinə qatacaq.

"Sarı-qırmızılar" Afina klubu ilə 2025-ci ilədək müqaviləsi olan oyunçunu icarə əsasında komandaya cəlb etməyi düşünür.

Qeyd edək ki, Henri Onyekuru bu ilin ilk yarısında, 2018/2019 mövsümündə və 2020-ci ildə icarə əsasında "Qalatasaray"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi