Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2021-ci ilin Afrika zonası üzrə rəmzi komandasını açıqlayıb.
"Report" xəbər verir ki, "11-lik" 3-3-4 taktiki sxemi ilə formalaşdırılıb.
Qapıçı: Eduard Mendi (Seneqal / "Çelsi", İngiltərə)
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş / PSJ, Fransa), Kalidu Kulibali (Seneqal / "Napoli", İtaliya), Ali Maalul (Tunis / "Əl Əhli", Misir)
Yarımmüdafiəçilər: Amadu Aydara (Mali / "Leyptsiq", Almaniya), İdrissa Geye (Senegal / PSJ, Fransa), Frank Kessye (Kot d İuvar / "Milan", İtaliya)
Hücumçular: Riyad Mahrez (Əlcəzair, / "Mançester Siti", İngiltərə), Məhəmməd Salah (Misir / "Liverpul", İngiltərə), Sebastyen Alle (Kot d İuvar / "Ayaks", Niderland), Sadio Mane (Seneqal / "Liverpul", İngiltərə)
Rəmzi komandaya Misirin "Əl-Əhli" komandasının Cənubi Afrika Respublikasından olan baş məşqçisi Pitso Masimane başçılıq edir.