Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Afrikada son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.
"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, birinci yerə İngiltərənin "Liverpul" klubunun və Misir millisinin futbolçusu Məhəmməd Salah layiq görülüb.
Onun seneqallı komanda yoldaşı Sadio Mane ikinci, "Mançester Siti"də çıxış edən Əlcəzair yığmasının üzvü Riyad Mahrez isə üçüncü olub.