Albaniya Millətlər Liqasında Rusiya ilə oynamaqdan imtina edib

Albaniya Millətlər Liqasında Rusiya ilə oynamaqdan imtina edib Albaniya millisi UEFA Millətlər Liqasında Rusiya yığması ilə oynamaqdan imtina edib.
Futbol
28 Fevral , 2022 09:07
Albaniya Millətlər Liqasında Rusiya ilə oynamaqdan imtina edib

Albaniya millisi UEFA Millətlər Liqasında Rusiya yığması ilə oynamaqdan imtina edib.

"Report" "Explaining Albania" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Olta Caçka açıqlama verib.

Nazir iyunda planlaşdırılan matç daxil olmaqla, Rusiyaya qarşı bütün idman qarşılaşmalarının ləğv olunacağını bildirib.

Qeyd edək ki, bu komandalar B Liqasının II qrupunda mübarizə aparacaqlar. Rusiya ilk turda iyunun 2-də səfərdə Albaniya ilə üz-üzə gəlməlidir. Daha əvvəl FIFA beynəlxalq oyunlarda Rusiya bayrağı və himninin istifadəsini qadağan edib.

Son xəbərlər

Orphus sistemi