Almaniyanın "Leyptsiq" komandası Bundesliqada 2020/2021 mövümünün ilk turunda qarşılaşacağı "Maynts"la oyunu azarkeşlərin iştirakı ilə keçirəcək.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Leyptsiq Səhiyyə İdarəsinə edilən müraciət qəbul olunub.
Matça buraxılacaq 8 500 nəfər fanat püşkatma yolu ilə müəyyənləşdiriləcək. Həmin şəxslərin Saksoniya əyalətində qeydiyyatda olmaları əsas şərtlərdən biridir. Azarkeşlər tribunada maska taxacaqlar.
Qeyd edək ki, Almaniya çempionatı sentyabrın 18-də start götürəcək. "Leyptsiq" - "Maynts" oyunu sentyabrın 20-da olacaq.