Almaniyanın "Şalke" klubu Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı ləğv edib.
"Report" II Bundesliqa təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, Müşahidə Şurasının qərarına əsasən, müqavilə vaxtından əvvəl ləğv olunub.
Qeyd edək ki, "Şalke" fevralın 24-də formasından şirkətə məxsus yazıların götürüldüyünü açıqlayıb. Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun klubun əvəzedici komandasında çıxış edir.