Almaniya millisi baş məşqçisi Yulian Naqelsmannla müqavilə müddətini uzatmağı düşünür.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssisin hazırkı sözləşməsinin müddəti 2026-cı ildə başa çatacaq.
Bununla belə, Bundestim 37 yaşlı çalışdırıcı ilə daha 2 illik müqavilə bağlamağı düşünür.
Qeyd edək ki, Almaniya millisi Y.Naqelsmannın rəhbərliyi altında meydana çıxdığı 19 oyunda 11 qələbə qazanıb.