Futbol üzrə Almaniya millisini İslandiyanın paytaxtı Reykyavikdən Frankfurta daşıyan təyyarə Şotlandiyanın Edinburq şəhərinə təcili eniş edib.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, buna göyərtədə baş vermiş qəza vəziyyəti səbəb olub.
Reykyavikdən heç bir çətinlik çəkmədən havaya qalxan təyyarədən Şotlandiyanın Arbrot şəhəri üzərində təcili siqnal göndərilib. Nəticədə hava gəmisi Edinburqa planlaşdırılmamış eniş gerçəkləşdirib.
Qeyd edək ki, Almaniya millisi DÇ-2022-nin seçmə mərhələsində səfərdə İslandiya yığmasına 4:0 hesabı ilə qalib gəlib.