Futbol üzrə Almaniya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
"Report" Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Hans-Diter Flik gətirilib.
Cari mövsümün sonunda "Bavariya" klubundan ayrılan 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Flik AVRO-2020-dən sonra yığmanın sükanı arxasına keçəcək. O, hazırkı baş məşqçi Yoahim Lövü əvəzləyəcək.