Almaniya millisi 20 ildən sonra futbol üzrə dünya çempionatlarının seçmə mərhələsində uduzub.
"Report"un məlumatına görə, DÇ-2022-nin seçmə oyununda evdə Şimali Makedoniyaya 1:2 hesablı məğlubiyyət Bundestimin bir neçə rekordunun qırılmasına səbəb olub.
Komanda Yoahim Lövün rəhbərliyi altında seçmə mərhələlərdə ardıcıl 18 qarşılaşmada qələbə qazanmış və 35 görüşdə (30 qələbə, 5 heç-heçə) məğlub olmurdu.
Almaniya son olaraq 2001-ci ildə DÇ-2002-yə gedən yolda İngiltərəyə 1:5 hesabı ilə uduzub. Komanda daha əvvəl isə mundialların seçmə mərhələlərində 1985-ci ildə Portuqaliyaya məğlub olub - 0:1.