Almaniya yığmasının sabiq futbolçusu həbs edilə bilər

Almaniya yığmasının sabiq futbolçusu həbs edilə bilər Fransanın "Lion" klubunun futbolçusu Jerom Boatenq 5 il müddətinə həbs oluna bilər.
Futbol
9 Sentyabr , 2021 09:22
Almaniya yığmasının sabiq futbolçusu həbs edilə bilər
Jerom Boatenq

Fransanın "Lion" klubunun futbolçusu Jerom Boatenq 5 il müddətinə həbs oluna bilər.

"Report" Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi bu gün Münhen şəhərində məhkəmə qarşısına çıxacaq.

Boatenq 2018-ci ildə keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunur. Futbolçunun həmin qadını döydüyü iddia edilir.

Məhkəmə iclası ötən ilin dekabrında keçirilməli idi, lakin şahidlərdən birinin koronavirusa yoluxması ucbatından təxirə salınıb.

Qeyd edək ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Boatenq 2020/2021 mövsümünün sonunda klubdan ayrılıb. O, 2009 - 2019-cu illərdə Almaniya yığmasının formasını geyinib və 2014-cü ildə dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi