Rusiyanın "Krasnodar" komandasının yeni baş məşqçisi bəlli olub.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi almaniyalı Daniel Farkeyə tapşırılıb.
46 yaşlı mütəxəssisin müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Farke bu postda Viktor Qonçarenkonu əvəzləyib.
Qeyd edək ki, Daniel Farke son olaraq İngiltərənin "Norviç Siti" komandasına rəhbərlik edib.