Amerika Kubokunun açılış matçında Braziliya ilə qarşılaşacaq Venesuela millisində koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
"Report"un məlumatına görə, bu barədə jurnalist Renato Souza özünün "tvitter" səhifəsində yazıb. Onun sözlərinə görə, yığmanın 7 nümayəndəsində COVID-19 testinin nəticəsi müsbət çıxıb.
İnfeksiyaya yoluxan şəxslərin adları açıqlanmayıb və onlar dərhal karantinə alınıblar.
Qeyd edək ki, qarşılaşma iyununda 14-də oynanılmalıdır. Turnir Braziliyada təşkil olunacaq.