Futbol üzrə Braziliya millisi Amerika Kubokunun B qrupunda növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Adenor Bakşinin (Tite) baş məşqçi olduğu komanda Peru ilə üz-üzə gəlib.
Qarşılaşma Braziliya seçməsinin 4:0 hesablı qələbəsi ilə bitib. "Sambaçılar"ın qollarını 12-ci dəqiqədə Aleks Sandro, 68-ci dəqiqədə Neymar, 89-cu dəqiqədə Everton Ribeyro, 90+3-cü dəqiqədə isə Rişarlison vurub.
Qrupun digər matçında Kolumbiya Venesuela ilə qolsuz heç-heçə edib.
Qeyd edək ki, Braziliya yığması hazırda 6 xalla B qrupuna başçılıq edir. Kolumbiya 4 xalla ikinci, Venesuela isə 1 xalla üçüncü sıradadır. Ekvador və Perunun isə xalı yoxdur.