Kolumbiya yığması futbol üzrə Amerika Kubokunun 1/4 final matçında Uruqvayın komandasına qalib gəlib.
“Report” xəbər verir ki, matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Buna görə də qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyənləşdirmək lazım gəlib. Penaltilər seriyasında kolumbiyalılar 4:2 hesabı ilə üstün olublar.
İyulun 7-də keçiriləcək yarımfinal oyununda Kolumbiya yığması Argentina və Ekvador komandaları arasında matçın qalibi ilə oynayacaq. Digər yarımfinal matçında braziliyalılar perulularla qarşılaşacaq.
Daha əvvəl – iyulun 3-də Peru yığması Amerika kubokunun 1/4 final matçında paraqvaylıları udub.