Amerika Kubokunda 1/4 final cütləri müəyyənləşdi

Amerika Kubokunda 1/4 final cütləri müəyyənləşdi Futbol üzrə Amerika Kubokunun 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli olub.
Futbol
29 İyun , 2021 10:01
Amerika Kubokunda 1/4 final cütləri müəyyənləşdi

Futbol üzrə Amerika Kubokunun 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli olub.

"Report"un məlumatına görə, Braziliya yığması bu raundda Çili ilə, Peru Paraqvayla görüşəcək. Hər iki qarşılaşma iyulun 3-də olacaq.

Turnirin digər favoriti Argentina Ekvadorla, Uruqvay Kolumbiya ilə üz-üzə gələcək. Bu oyunlar iyulun 4-də baş tutacaq.

Qeyd edək ki, qrup mərhələsinin son oyunlarında Argentina Boliviyanı 4:1, Uruqvay isə Paraqvayı 1:0 hesabı ilə üstələyib.

Son xəbərlər

Orphus sistemi