Futbol üzrə Amerika Kubokunda bu vaxta qədər koronavirusa yoluxan şəxslərin sayı açıqlanıb.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, 41 nəfərin testi müsbət nəticələnib.
Onlardan 31-i oyunçu və nümayəndə heyətinin üzvləri, digər 10-u isə hotellərdə çalışan işçilərdir. 10 ölkənin qatıldığı yarış iyunun 13-də start götürüb.
Qeyd edək ki, Amerika Kubokuna iyulun 11-də yekun vurulacaq.