Amerika Kuboku: 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib

Amerika Kuboku: 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib Amerika Kubokunda bütün 1/4 final cütlükləri müəyyənləşib.
Futbol
3 İyul , 2024 08:17
Amerika Kuboku: 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib

Amerika Kubokunda 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib.

“Report” xəbər verir ki, D qrupunda keçirilən qarşılaşmaların nəticəsinə əsasən 1/4 finala son olaraq Braziliya və Kolumbiya yığmaları yüksəlib.

Bu komandalar arasında III turun oyununda qalib müəyyənləşməyib - 1:1. Qrupun digər matçında Kosta Rika yığması Paraqvaya 2:1 hesabı ilə qalib gəlib.

Kolumbiya (7 xal) qrup birincisi, Braziliya (5 xal) isə ikinci kimi 1/4 finala vəsiqə qazanıb.

Amerika Kuboku

1/4 final

Argentina - Ekvador

Venesuela - Kanada

Uruqvay - Braziliya

Kolumbiya - Panama

Yarımfinalda 1/4 finalın birinci və ikinci, həmçinin üçüncü və dördüncü cütlüklərin qalibləri üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi