Anatoli Nuriyev: "De Byazinin etimadı mənə ilham verir"

Anatoli Nuriyev: "De Byazinin etimadı mənə ilham verir" "Yeni çağırışlar xoşuma gəlir"
Futbol
16 Mart , 2021 01:11
Anatoli Nuriyev: De Byazinin etimadı mənə ilham verir
Anatoli Nuriyev

"Yeni çağırışlar xoşuma gəlir. Əvvəlcə "Minay"ın heyətində ilk dəfə Ukrayna kubokunun yarımfinalında oynadım, daha sonra isə Premyer Liqaya vəsiqə qazandım".

"Report"un məlumatına görə, bu fikirləri Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev Azərbaycan millisinə dəvət alması barədə danışarkən deyib.

26 yaşlı forvard bildirib ki, qarşıda onu beynəlxalq arenada sınaq gözləyir: "Artıq 2 dəfə baş məşqçi Canni De Byazi ilə görüşmüşəm. O, mənə güvəndiyini söyləyib. Əlbəttə, bu etimad mənə ilham verir. Onu və azarkeşləri məyus etməməyə çalışacağam".

Yığmanın martın sonlarında Portuqaliya, Serbiya və Qətərlə qarşılaşacağını xatırladan Nuriyev düşərgəyə martın 21-də qoşulacağını vurğulayıb: "3 gündən sonra Turində portuqaliyalılarla münasibətə aydınlıq gətirəcəyik. Ümid edirəm ki, beynəlxalq oyunlardakı təcrübə özümü inkişaf etdirməyimə kömək edəcək".

Qeyd edək ki, martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq matçında üz-üzə gələcək. De Byazinin başçılıq etdiyi kollektiv martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiya seçməsini sınağa çəkəcək.

Son xəbərlər

Orphus sistemi