"Qələbədən başqa hansısa nəticə bizim üçün müsbət sayılmayacaq. Evdə oynayırıq".
"Report"un məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" klubunun sabiq futbolçusu Andreas Giatru "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl "Sport FM 104.0" nəşrinə açıqlamasında deyib.
O, Ağdam təmsilçisinə qarşı həlledici qarşılaşmalardan birinə çıxacaqlarını bildirib. "Ən azı qrup ikinci olmaq istəyiriksə, "Qarabağ"ı məğlub etməliyik. Həm bu komandaya, həm də Qazaxıstan "Kayrat"ına Kiprdə qalib gəlməsək, uğursuzluq olacaq. Qələbə qazansaq, daha böyük hədəflərdən danışa bilərik".
Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.