FIFA-nın araşdırma başlatdığı 3 rusiyalı futbolçunun adları müəyyənləşib.
"Report"un məlumatına görə, bunlar "Rostov"un hücumçusu Vladimir Obuxovdan əlavə, müdafiəçi İvan Knyazev və qadın futbolçu Darya Meşeryakovadır.
Obuxov və Knyazevdən 2013-cü ildə Rusiyanın gənclər yığmasında çıxış etdikləri vaxt dopinq-test götürülüb. Yoxlama nəticəsinin müsbət olduğu 8 ildən sonra üzə çıxıb. Meşeryakova isə hazırda 25 yaşındadır.
Hər 3 oyunçu barədə FIFA-dan Rusiya Futbol İttifaqına rəsmi məktub daxil olub.