Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin yeni klubu müəyyənləşib.
"Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.
Abdullayev "Etnikos" klubunun formasını geyinəcək. Onunla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Araz Abdullayev son olaraq Türkiyənin "Boluspor" komandasında çıxış edib.