Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa 6 yoluxma halı aşkarlanıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, yoluxanlardan 3-nün futbolçu olduğu açıqlanıb. Digərləri isə Bolu təmsilçisinin işçiləridir.
Klub həmin şəxslərin müalicəsinə başlanıldığını bildiriib.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 11-də Sloveniya ilə yoldaşlıq, noyabrın 14-də və 17-də müvafiq olaraq Monteneqro ilə Lüksemburq yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları keçirəcək. Hələlik millinin heyəti açıqlanmadığından, Araz Abdullayevin qarşıdakı görüşlərə çağırılıb-çağırılmayacağı bilinmir.