Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi "Boluspor" Türkiyə 1-ci liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, bölgə təmsilçisi çempionatın iddialı komandalarından "Altay"ın qonağı olub.
Qarşılaşma "Boluspor"un 1:0 hesablı qələbəsi ilə başa çatb. Start heyətdə matça çıxan Abdullayev sonadək meydanda olub.
Qələbə sayəsində 35-ci xalını qazanan "Boluspor" hələ ki, 12-ci pillədə qərarlaşıb. "Altay" isə 53 xalla üçüncü yerdədir. Bu görüşdən sonra İzmir klubunun 5 oyunluq qələbə seriyası da başa çatıb.
Qeyd edək ki, Araz Abdullayev mövsümün əvvəlindən "Boluspor"un formasını geyinir.