“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi: İngiltərə və İspaniya millilərinin şansları birmənalı şəkildə yüksəkdir

“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi: İngiltərə və İspaniya millilərinin şansları birmənalı şəkildə yüksəkdir İngiltərə və İspaniya millilərinin şansları birmənalı şəkildə yüksəkdir
Futbol
30 İyun , 2024 16:58
“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi: İngiltərə və İspaniya millilərinin şansları birmənalı şəkildə yüksəkdir

İngiltərə və İspaniya millilərinin şansları birmənalı şəkildə yüksəkdir.

Bunu “Report”a açıqlamasında, “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Azər Bağırov, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün baş tutacaq İngiltərə - Slovakiya və İspaniya - Gürcüstan matçlarında şansları dəyərləndirərkən söyləyib.

Mütəxəssis İngiltərənin tam gücü ilə oynamadığını bildirib:

“Slovakiya döyüşkən komandadır. Ancaq düşünürəm ki, İngiltərə millisi son oyunlarda, yəni qrup mərhələsində bütün gücünü ortaya qoymadı. Hər oyunda lazımi qədər güc sərf edirdilər. Hər mərhələnin öz səviyyəsi var. Fikrimcə, onlar nəyə qadir olduqlarını qarşıdakı oyunda göstərəcəklər. Mərhələ adladıqca komanda bir-birini yaxşı tanıyır. Həm də komandalar arasında səviyyə fərqi var. Məsələn, düşünürəm ki, Slovakiya bu gün daha ehtiyatlı oynayacaq. 1/8 final daha az risk tələb edir”.

A.Bağırov Gürcüstan millisinin İspaniya qarşısında şansı olmadığını vurğulayıb:

“Gürcüstan komandasının elə də böyük şansları yoxdur. İspaniya yığması bu gün ən güclülərdəndir. Qrup mərhələsində çox qol vurublar və top buraxmayıblar. Baxmayaraq ki, rəqibləri güclü idi”.

Qeyd edək ki, İngiltərə - Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İspaniya - Gürcüstan görüşünün start fiti isə 23:00-da səsləndiriləcək.

Son xəbərlər

Orphus sistemi