Türkiyə Futbol Federasiyası "Qalatasaray" klubunun futbolçusu Arda Turanı cəzalandırıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.
Buna təcrübəli oyunçunun "Fənərbağça" ilə Superliqanın XXIV turunun səfər matçından sonra təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Qeyd edək ki, "Ülker" stadionunda keçirilmiş qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.