Argentina millisinin hücumçusu sıradan çıxıb

Argentina millisinin hücumçusu sıradan çıxıb Futbol üzrə Argentina millisi ciddi itki ilə üzləşib.
Futbol
2 Oktyabr , 2021 12:28
Argentina millisinin hücumçusu sıradan çıxıb

Futbol üzrə Argentina millisi ciddi itki ilə üzləşib.

"Report" yığmanın Mətbuat xidmətinə istinadən xəbər verir ki, İtaliya "Yuventus"undan komandaya cəlb olunan Paulo Dibala oktyabrdakı oyunlarda iştirak etməyəcək.

Tibbi müayinədən sonra 28 yaşlı hücumçunun əzələlərində problem aşkarlanıb.

Qeyd edək ki, Argentina 2022-ci dünya çempionatının seçmə mərhələsində oktyabrın 8-də Paraqvay, oktyabrın 11-də Uruqvay, oktyabrın 15-də isə Peru ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi