"Arsenal"ın futbolçusu hücuma məruz qalıb

"Arsenal"ın futbolçusu hücuma məruz qalıb İngiltərənin "Arsenal" klubunun futbolçusu Qabriel dostu ilə gecə klubundan qayıdarkən hücuma məruz qalıb
Futbol
1 Dekabr , 2021 09:22
Arsenalın futbolçusu hücuma məruz qalıb
Qabriel

İngiltərənin "Arsenal" klubunun futbolçusu Qabriel dostu ilə gecə klubundan qayıdarkən hücuma məruz qalıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, həmin şəxslər 24 yaşlı müdafiəçinin avtomobilini saxladığı qaraja daxil olublar.

Cinayətkarlar braziliyalı oyunçudan maşının açarlarını, qol saatını və mobil telefonunu tələb ediblər. Onlardan biri Qabrieli beysbol çubuğu ilə hədələyib. Futbolçu onunla əlbəyaxa olub və daha sonra hücum edənlər qaçıblar.

Müdafiəçiyə və onun dostuna zərər dəyməyib.

Qeyd edək ki, Qabriel "Arsenal"a ötən ilin sentyabrında 26 milyon avro qarşılığında Fransa "Lill"indən keçib. O, "topçular"ın heyətində 42 oyuna 4 qol vurub.

Son xəbərlər

Orphus sistemi