"Arsenal" Superliqaya görə üzr istədi

"Arsenal" Superliqaya görə üzr istədi İngiltərənin "Arsenal" klubu Avropa Super Liqası layihəsinə qatıldığı üçün azarkeşlərindən üzr istəyib.
Futbol
21 Aprel , 2021 09:18
Arsenal Superliqaya görə üzr istədi

İngiltərənin "Arsenal" klubu Avropa Super Liqası layihəsinə qatıldığı üçün azarkeşlərindən üzr istəyib.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub Superliqaya qayıtmayacağını bəyan edib.

"Topçular" səhv etdiklərini bildirib: "Səhv etdik və bunun üçün üzr istəyirik. Güvəninizi bərpa etməkdən ötrü vaxtın lazım olduğunu bilirik. Fanatların cavabı bizə dərin düşünməyə vaxt verdi. Heç vaxt belə sıxıntıya səbəb olmaq niyyətimiz olmayıb. Superliqaya dəvət gələndə zəmanət olmadığını bildiyimiz halda, "Arsenal"ın gələcəyini qorumaq naminə geridə qalmaq istəmirdik".

Qeyd edək ki, Avropa Super Liqasını aprelin 18-də İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”, İspaniyanın “Real Madrid", “Barselona” və “Atletiko” (Madrid), İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar.

Son xəbərlər

Orphus sistemi