İspaniyanın "Barselona" klubu futbolçusu Arturo Vidalla yollarını ayırıb.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə müqaviləsini ləğv edib.
Çilili oyunçu səhər saatlarında klubun bazasına gəlib, əşyalarını götürdükdən sonra komanda yoldaşları ilə vidalşıb.
O, günortadan sonra "İnter"ə keçidini tamamlamaq üçün Milana gedəcək. Beləliklə, futbolçu yeni komandasına azad agent kimi qoşulacaq.
Qeyd edək ki, Arturo Vidal 2018-ci ildən "Barselona"da çıxış edib. Onun "İnter"dəki maaşı bonuslarla birlikdə 6 milyon avro olacaq. Yarımmüdafiəçi klubla 2+1 illik müqavilə imzalayacaq.