UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksələn daha bir komandanın adına aydınlıq gəlib.
"Report"un məlumatına görə, qrup mərhələsinin VI turunda Niderlandda "Ayaks"a 1:0 hesabı ilə qalib gələn İtaliya "Atalanta"sı adını pley-offa yazdırıb. Matçın 79-cu dəqiqəsində meydan sahiblərinin heyətində Rayan Qravenberx ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Görüşdəki yeganə qolun müəllifi isə 85-ci dəqiqədə fərqlənən Luis Muryel olub.
D qrupunun digər oyununda isə İngiltərənin "Liverpul" klubu Danimarkada "Midtüllan"ın müqavimətini qıra bilməyib - 1:1.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
D qrupu
21:55. "Ayaks" (Niderland) - "Atalanta" (İtaliya) - 0:1
Qol: Luis Muryel, 85
Qırmızı vərəqə: Rayan Qravenberx, 79 ("Ayaks")
21:55. "Midtüllan" (Danimarka) - "Liverpul" (İngiltərə) - 1:1
Qollar: Aleksandr Şolts, 62 (penalti) - Məhəmməd Salah, 2
Xal durumu: "Liverpul" - 12, "Atalanta"- 8, "Ayaks" - 7, "Midtüllan" - 2.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Siti", "Liverpul", İspaniyanın "Sevilya", "Barselona", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), "Leyptsiq", İtaliyanın "Yuventus", "Latsio", Portuqaliyanın "Portu" və Fransanın PSJ klubları 1/8 finala vəsiqə qazanıblar.