İspaniyanın "Atletik" (Bilbao) klubu baş məşqçisi Marselino Qarsiya Toralla yollarını ayırıb.
"Report" Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis öz istəyi ilə postunu tərk edib.
Daha əvvəl ispaniyalı baş məşqçinin klub rəhbərliyi ilə münaqişəsinin olduğu yazılıb.
Qeyd edək ki, "Atletik" La Liqanı 55 xalla 8-ci pillədə başa vurub.