İspaniyanın "Atletiko" komandasında koronavirusa növbəti yoluxma halı aşkarlanıb.
"Report" "Marca"ya istinadən xəbər verir ki, son olaraq fransalı futbolçu Mussa Dembelenin test nəticəsi müsbət çıxıb.
25 yaşlı forvard evində təcrid olunub.
Qeyd edək ki, daha əvvəl "Atletiko"da Yannik Karrasko, Mario Ermoso və Joau Feliş koronavirusa yoluxub.