İspaniyanın "Atletiko" (Madrid) klubu futbolçusu Luis Suareslə yollarını ayıracaq.
"Report" "El Partidazo de COPE" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 35 yaşlı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib.
Uruqvaylı hücumçu cari mövsüm 26 oyunda meydanda olub, 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. ABŞ-ın "İnter Mayami" klubu Suaresə iki illik müqavilə təklif edib.