Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda VAR sistemindən istifadə edilib.
"Report"un məlumatına görə, 84-cü dəqiqədə İsveçrə yığması hesabda irəli keçsə də, Mario Qavranoviçin qolu qeydə alınmayıb.
Görüşün baş hakimi fransalı Kleman Türpen VAR-dakı hakimlərin müdaxiləsindən sonra oyundan kənar vəziyyət olduğunu bildirib.
Qeyd edək ki, qarşıaşmada hesab bərabərdir - 1:1.