Fransa millisinin futbolçusu Usman Dembele Avropa çempionatının qalan hissəsini buraxacaq.
"Report" AFP-yə istinadən xəbər verir ki, buna 24 yaşlı hücumçunun zədələnməsi səbəb olub.
Forvard F qrupunun ikinci turunda Macarıstanla 1:1 hesablı heç-heçə etdikləri oyunun 87-ci dəqiqəsində sıradan çıxıb. 57-ci dəqiqədə meydana girən oyunçu dizindəki problemə görə əvəzlənməli olub.
İspaniya "Barselona"sından yığmaya çağırılan hücumçunun mərpa müddətinin uzun çəkəcəyi müəyyənləşib.
Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq.