İngiltərə millisinin üç futbolçusu İtaliyaya qarşı AVRO-2020-nin final oyunundan sonra xoşagəlməz hadisə ilə üzləşib.
"Report" xəbər verir ki, penaltilər seriyasında qeyri-dəqiq oynayan Markus Reşford, Ceydon Sanço və Bukayo Saka sosial şəbəkələrdə irqçi hücumlara məruz qalıb.
İngiltərə Futbol Assosiasiyası məsələ ilə bağlı lazımı tədbirlərin görüləcəyini və həmin şəxslərin ən sərt formada cəzalandırılacaqlarını açıqlayıb.
Baş nazir Boris Conson isə bildirib ki, milli komanda təhqirə yox, tərifə layiqdir: "Bunu edənlər özlərindən utanmalıdır".
Qeyd edək ki, finalda İngiltərə millisi penaltilər seriyasında 3:2 hesabı ilə (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) məğlub edən İtaliya 2-ci dəfə Avropa çempionu olub.